Siyəzəndə minik avtomobili "QAZel"ə çırpılıb, ölən var

Siyəzəndə minik avtomobili "QAZel"ə çırpılıb, ölən var
# 02 yanvar 2020 12:07 (UTC +04:00)

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 2-də saat 1 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini S. Baxşıyev idarə etdiyi "Runna" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N. Əkbərova məxsus "QAZel" markalı avtomobilə vurub.

S. Baxşıyevin sərnişini olan qardaşı Vidadi xəstəxanaya yerləşdirilib və orada ölüb.

Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR